!Reklam

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bəzi rayonlarında güclü külək əsəcəyi, şərq rayonlarında havanın yağıntılı olacağı ehtimal edilir. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.