!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıt xəstəxanasında baş verən yanğın söndürüldü - YENİLƏNDİ

!Reklam – Yazi

Sumqayıtda xəstəxanada yanğın söndürülüb.

Yenicag.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Sumqayıtda xəstəxana yanır.

Yenicag.az xəbər verir ki, 4 nömrəli Sumqayıt şəhər xəstəanasında yanğın başlayıb. Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Xəstəxanada olan xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyyə edilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

 

 

 

 

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv