!Reklam

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsionin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.