Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cibgirliklə məşğul olan şəxs tutuldu - FOTO

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsionin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini Rəvan Rzayevin mobil telefonunu və daha bir qadının pul kisəsini oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rövşən İsmayılov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

www.yenicag.az

332
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100