!Reklam

“Bu da həqiqətdir ki, neft sektoru bizim iqtisadiyyatımız üçün əsas sektor olaraq qalır. Ancaq digər sektorlar, qeyri-neft iqtisadiyyatımızın inkişafı prioritetdir. Hesab edirəm ki, ixracyönümlü məhsulların istehsalı artırılmalı, sahibkarlıq subyektlərində sertifikatlaşma prosesi davam etdirilməlidir ki, bizim məhsullarımız həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun”.

“Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır”.