!Reklam

Dövlət İmtahan Mərkəzi məlum virusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilən bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Astara Çay” MMC tərəfindən könüllü ianə edilib.

Binəqədi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.