Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabahdan Moskvada insanların hərəkəti məhdudlaşdırılacaq

Sabahdan Rusiyanın paytaxtı Moskvada hamı üçün özünütəcrid rejimi tətbiq olunacaq.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin saytında məlumat yerləşdirilib.

Məlumata görə, evdə özünütəcrid rejimi yaşından asılı olmayaraq, martın 30-dan paytaxtın bütün sakinlərinə şamil olunacaq. Evi tərk etməyə ancaq təcili tibbi yardım çağırmaq üçün müraciət edən halda və həyat və sağlamlığa təhlükə halında olan zaman icazə verilir.

Bundan başqa, işə getməyə məcbur paytaxt sakinlərinə icazə veriləcək. Ən yaxın mağazadan və aptekdən alış-veriş etməyə, ev heyvanları ilə yaşadığı ünvandan 100 metrdən çox olmayaraq məsafədən gəzməyə və zibil atmağa icazə verilir.

Eyni zamanda şəhər ərazisində insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq və yaşadıqları ərazidən müəyyən edilən məsafədən uzaq getmələri üçün xüsusi buraxılış icazəsi lazım olacaq. Buraxılış icazəsi hökumət tərəfindən təqdim ediləcək.

www.yenicag.az

248
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100