Bu gün dünyanı təhdid edən koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınmasında hər bir vətəndaşımız öz məsuliyyətini dərk etməli və bu işdə həmrəylik nümayiş etdirməlidir.
İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının yerli sahibkarlara təsirini öyrənmək məqsədilə növbəti görüşü ictimai-iaşə və ticarət sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirib.
Heydər Əliyev Fondu Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.