Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.
Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.
Azərbaycan Respublikasında idman siyasətinin inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışların təhlükəsizliyinin təminatı dünya aparıcı idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Bu da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsidir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılır.
Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı […]