“Davam” Gənclər Hərəkatı tərəfindən başladılan “Novruz Xonçası” adlı kampaniya çərçivəsində davamçı gənclər bayram tətili günlərində Novruz sovqatı ilə dolu xonçalar hazırlayaraq Vətənimiz uğrunda qəhrəmancasına vuruşan və öz sağlamlıqlarını qurban verən qazilərimizi ziyarət ediblər.
Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.
Mart ayının 29-da saat 15:50 radələrində “Qaz İxrac” İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.