Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Üzdə olanları övladları ilə mənəvi terrora məruz qoymayın” - Sabir Rüstəmxanlı

“Cəmiyyətin bir tərəfinin digər tərəfini bu şəkildə hədət seçməsi aradakı mənəvi körpüləri yandırır”.

Yenicag.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim videosunun yayılmasına münasibət bildirib.

Sabir Rüstəmxanlı məlum olayı kəskin şəkildə pisləyərək, bunu cəmiyyətdəki mənəvi körpülərin yandırılması kimi qiymətləndirib:

“Bir xanım jurnalist zəng vurub Cəmil Həsənlinin qızı ilə bağlı videoya münasibətimi soruşdu. Mən videoya baxmadığımı və baxmayacağımı bildirərək aşağıdakıları dedim:

“Kimin haqqında olmasından aslı olmayaraq belə hadisələri qətiyyətlə pisləyirəm. Fərqi yoxdur, istər sıravi vətəndaşın, istər prezidentin şəxsi həyatına müdaxilə tərbiyəsizlikdir.

Üzdə olan adamları övladları ilə mənəvi terror etmək doğru deyil. Bu bizim milli birliyimizə zərbə vurur. Milləti millət edən böyük mənəvi dəyərlərimizə sayğı, əxlaq, ədalət, ümumi maraq və ideallar, nəhayət qarşılıqlı sevgidir.

Cəmiyyətin bir tərəfinin digər tərəfini bu şəkildə hədət seçməsi aradakı mənəvi körpüləri yandırır. Bu addımı atanlar qarşı tərəfi gözdən saldıqlarını düşünsəıər də, əslində, özləri də öz mahiyyətlərini göstərir və özlərini ifşa edirlər.

Yeri gəlmişkən deyim ki, artıq texnika o qədər inkişaf edib ki, istənilən adam üçün intim serial düzəltmək olar. Bu üsuldan yalnız müxalifətə qarşı istifadə edilmir, müxalifət də zaman-zaman vəzifədəki şəxslərə qarşı söyüş, təhqir kimi vasitələrdən istifadə edir. Millətimizə və cəmiyyətimizə yaraşdırmıram belə rəzaləti!..”

Loading...

www.yenicag.az

297
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100