“Ənənəvi müxalifət son 25 ildə ancaq siyasi alət kimi Qarabağın işğal altında olmasını deyirdi və hakimiyyətin onu azad etməsində acizlik nümayiş etdirməsini vurğulayırdı. İndi Qarabağ qaytarılıb. Qarabağ münaqişəsinin dinc və ya hərbi yolla həll olunması onlara sərf etmirdi. Hərb yolu ilə Qarabağ azad olunduqdan sonra müxalifətin əlində hakimiyyəti tənqid etmək üçün silah qalmayıb”.