!Reklam

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən karantin rejimi müddətində “Nar" müxtəlif kanalları vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib. 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib. Qeyd edək ki, Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə “Nar” Çağrı Mərkəzi 93%-lik yüksək göstəriciyə nail olub.