Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müttəhim hakimi kompliment “yağışı”na tutsa da... - VİDEO

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida ştatında soyğunçuluq ittihamı ilə hakim qarşısına çıxarılan Demetrius Levis xanım hakimi “kompliment yağışı”na tutub.

Yenicag.az xəbər verir ki, “Zoom” platforması vasitəsilə keçirilən məhkəmə prosesində hakim qarşısına çıxarılan Demetrius Levis hakim Tabita Blekmandan öncə, “Necəsən?” – deyə soruşub.

Daha sonra sözlərinə davam edən Levis, “Çox möhtəşəmsən… Həqiqətən, çox möhtəşəmsən”, – deyib.

Soyğunçunun komplimentinə isə hakimin cavabı gecikməyib. Hakim Blekman müttəhimə “Yaltaqlıq sizə hər qapını aça bilər, ancaq burada yox”, – deyə cavab verib.

Sözügedən video sosial şəbəkələrdə qısa zamanda viral kampaniyaya çevrilib.

Aqil Bəkir

Loading...

www.yenicag.az

689
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100