!Reklam

Qədirbilən cəmiyyətimiz 18 yanvar 2021-ci il – Azərbaycan xalqının görkəmli oğlu, uzun zamandır Vətənimizin milli irsi və genofondu hesab edilən, nəcib, ziyalı, intellektual və böyük vətənpərvər nəslin nümayəndəsi Eldar Quliyevin 80 illik yubileyinin üstündən səssiz-səmirsiz keçdi. “Bir cənub şəhərində” və “Abşeronun ritmləri” altında doğulub “Səmt küləyi”ni tapmaq çətindir; bu səni “Nizami” dramaturji poetikası, “Babək”in fədakar şücaətinin ömürlük “Girov”una çevirir və “Nə gözəldir bu dünya...”da Azərbaycanın kiçik, lakin rəngarəng hissəcik olduğunu dərk etməyə imkan yaradır!

Azərbaycanın dilbər guşələrindən olan Qarabağ tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. Erməni işğalçıları 30 ilə yaxın müddət ərzində bu tarixi abidələri, məscidləri, məzarlıqları dağıdıb, muzeyləri və maddi-mənəvi sərvətlərimizi talan ediblər. Düşmən tarixi ərazilərimizdəki abidələrimizin bir qismini məhv etməklə yanaşı, bəzilərini də erməniləşdirməyə cəhd göstərib.