!Reklam

Mədəniyyətdən elmə, sənətdən idmana qədər təşkil etdiyi rəngarəng proqramlar ilə dünyanın hər yaşdan fərdinə xitab edən Yunus Emre İnstitutu, pandemiya dövründə onlayn təhsil və mədəni fəaliyyətlər həyata keçirərək ünsiyyət kanallarını açıq saxlamağa çalışıb. Epidemiyanın ikinci dövründə həyatın yeni normala qayıtması ilə birlikdə Bakı Yunus Əmrə İnstitutu Bakı Türk Anadolu Liseyi şagirdləri üçün yeni tədris ilində dəstək fəaliyyətləri həyata keçirib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün təlimlər və yazı müsabiqəsi keçiriləcəkdir. Təlim-müsabiqənin keçirilməsində məqsəd jurnalistləri energetika sahəsinin xüsusiyyətləri və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyəti ilə tanış etmək, həmin dövr ərzində əldə olunmuş nailiyyətlərin və tətbiq edilən yeniliklərin işıqlandırılmasını, bu sahədə jurnalist tədqiqatlarının aparılmasını və sahəvi jurnalistikanın inkişafını stimullaşdırmaqdır.