!Reklam

“Beynəlxalq səviyyədə tanınmış müstəqil bir dövlətin ərazilərini 30 ilə yaxındır ki, işğal altında saxlayan, hər cür bəhanələrlə danışıqlar prosesini uzatmağa və ya dayandırmağa çalışan Ermənistan bu addımı ilə döyüşləri yenidən aktivləşdirmək və regional təhlükəsizliyi pozmaqda maraqlı görünür. Prezident İlham Əliyev sentyabrın 19-da Azərbaycan televiziyalarına verdiyi müsahibəsində bu məsələyə də toxunaraq qeyd etdi ki, danışıqlar faktiki olaraq getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Prezident daha sonra vurğuladı ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın məkrli siyasətinə qoşulmaq istəmirik”.