Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq qurumlarla birlikdə quş qripi xəstəliyinə qarşı növbəti mövsümü epizootoloji monitorinqlərə başlanır.
Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilir.
Məşhur cütlüyə qarşı NANKORLUQ: “Çəkiliş meydanşasında görmüşük ki, həmin adamlar...”
“Belə pisliklərin ömrü uzun olmur, həqiqət əvvəl-axır gəlib bizə çatır, dostumuzu, düşmənimizi tanımalı oluruq”.
Bu fikirləri aktrisa Elvina Atakişiyeva Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa özünə və həyat yoldaşı Elvin Ağayevə edilən paxıllıqdan danışıb:
“O qədər maddi imkanı olmayan, gündəmdənkənar, efirə yaxın düşə bilməyən aktyor və aktrisalara görə kimlərəsə ağız açıb xahiş etmişik ki… Amma üstündən 10 gün keçməmiş eşitmişik ki, arxamızca danışır, yanımızdan keçəndə salamı güclə verir.
Belə hallar da başımıza çox gəlib. Ailəmizin içi bilib, çörək kəsdiyimiz “dost”larımız üzümüzə gülüb, arxamızca iş çeviriblər.
Bizə “badalaq” vurub, yolumuzu kəsiblər. Sonradan çəkiliş meydanşasında görmüşük ki, həmin adamlar bizi yox, başqa aktyor və aktirisaları çəkiblər.
Təbii ki belə pisliklərin ömrü uzun olmur, həqiqət əvvəl-axır gəlib bizə çatır, dostumuzu, düşmənimizi tanımalı oluruq. Çünki rejissorlar da, özünə hörmət edən aktyor və aktirisalar da yaxşı bilir ki, biz işimizə, ən əsası, özümüzə hörmət edirik.
Onsus da ruzini verən Allahdır və Allah bizim ruzimuzu yetirir. Paxıllıq, pislik elə o adamların özünə qalır. Tanıyanlar yaxşı bilir, həyat yoldaşım aktyor Elvin də, mən də gündəmdə qalmaq xatirinə öüzümüzü, ailəmizi, sənətimizi oyuncağa çevirmirik. Heç buna ehtiyacımız da yoxdur”.
Cəvahir