!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yerində sayan KİNOMUZ: “Aktyorlar serialların ümidinə qalıb, belə getsə...” – HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

“Bir rol üçün sınağa 400-500 aktyor çağırılır, kimlərsə gəlib-getsə də, sonda elə tanış-bilişləri çəkilir”.

Bu fikirləri “son dövrlərdə yeni aktyor nəsli yetişmir” iradına münasibət bildirən tanınmış aktyor İlqar Musayev Yenicag.az-a açıqlamasında deyib.

O, kino sahəsindəki tənəzzülün aktyorların üzə çıxarılmasına mənfi təsirlərini önə çəkib:

“Bu gün aktyor nəsli yetişir, var, ancaq problem bundadır ki, onları tamaşaçıya təqdim edəcək filmlər çəkilmir. Film sahəsində kasadlıqdır.

Film demək olar ki, yoxdur, çəkilmir. Ona görə də aktyorlar serialların ümidinə qalıb. Bu da gündəlik dolanışıq üçündür. Belə etməsək, onda doğrudan da aktyor olmayacaq.

Əvvəllər böyük sənətkarlarımız olub, biz hər zaman onlardan bəhrələnmişik, indi də öyrənirik. Bu gün də istər orta, istərsə də gənc nəsil arasında peşəkar, işini bilən aktyorlarımız var. Sadəcə. onları üzə çıxarmaq üçün filmlər çəkilməlidir.

Son vaxtlar kinoda olan durğunluq elə ən böyük zərbəni bu sektorda çalışanlara vurdu. O vaxtlar seçim məqsədi ilə bir rola 5-10, hətta 20 aktyor dəvət alırdısa, indi vəziyyət dəyişib.

Hazırda bir rol üçün sınağa 400-500 aktyor çağırılır, kimlərsə gəlib-getsə də, sonda elə tanış-bilişləri çəkilir. Təəssüflər olsun ki, belə məsələlərdə də şəxsi münasibətlər üstünlük təşkil edir”.

Cəvahir

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv