Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Özünü DTX polkovniki, general kimi təqdim edərək, baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş beynəlxalq “Alexander Cup” turnirində qızıl medal qazanıb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərə yola düşüb.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Təmas Qrupunun nazirlər iclasında iştirak edəcək.