Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Hunan Mərkəzi Cənub Universitetinin çinli alimləri müəyyən ediblər ki, həftə sonları kifayət qədər yatmaq depressiya əlamətlərinin tezliyini əhəmiyyətli dərəcədə azalda bilər. Bu üsul xüsusilə 65 yaşdan aşağı kişilər və iş günləri az yatanlar üçün faydalıdır.
ABŞ-da TikTok platforması bağlanıb. Bu şəbəkənin Azərbaycanda da bağlanması çağırışlarına vaxtaşırı rast gəlinir. İctimaiyyət orada yerli tiktokçuların əxlaqa zidd hərəkət etdiyini bildirir və narazılıq edir. İndiyə kimi bir neçə tiktoker sutkalıq həbs edilib. Onlar qanunsuz çağırışlar etdikləri və əxlaqsız davranışlara yol verdikləri üçün hüquqi şəkildə cəzalandırılıblar.
"TikTok" sosial media platformasında yüz minlərlə izləyicisi olan məşhur iraqlı fenomen Om Fahad dünən Bağdadda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Aprelin 27-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissəsində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi “Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Sahələrdə soğanın qiyməti keçən illə müqayisədə xeyli ucuzdur. Cari ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1200 hektar payızlıq soğan əkilib ki, onun da 700 hektarından çoxu Bərdə rayonu ərazisindədir. Bərdəli fermerlər əsasən payızlıq soğan becərirlər.