!Reklam

Xarici işlər naziri Ceyhun Bayramovun ölkə tərəfindən Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərksilah edilməsinə dair 27 sentyabr 2023-cü il tarixində BMT baş katibinə ünvanlandığı məktub və tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoşəkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.