Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Rusiya xarici işlər naziri Paşinyanın KTMT-də fəaliyyətin dondurulması ilə bağlı bəyanatına istinad edərək qeyd edib ki, Ermənistan qalmaq və ya çıxmaq barədə dəqiq qərar verməlidir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi üzrə həyata keçirilən tədbirlər davam etdirilir.
Özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Kərimlinin barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, “Mədən” ərazisinin, “Baksol” yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Görünən odur ki, Ermənistan rəhbərliyi sülh prosesi və nəqliyyat-kommunikasiya xətlərinin açılması haqqında vahid bir qərar verməyib. Ermənistan dəhlizin açılmasına, Zəngəzura dəhliz statusunun verilməsinə qarşıdır. Bunun üçün isə danışıqlar prosesində suverenlik və ərazi bütövlüyünü bəhanə gətirir.