!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səhhətimdə heç bir problem yoxdur” - Ramiz Mehdiyev - YENİLƏNDİ

!Reklam – Yazi

Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:

“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.

Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, – deyə o qeyd edib.

***

10:12

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

Yenicag.az xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.
Bildirilir ki, bir sutka həkim nəzarətində qalan R.Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar./Gununsesi.info

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv