Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Azərbaycanda indiyə qədər keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri, o cümlədən, referendumlarda medianın fəaliyyətinə qanunvericilik çərçivəsində nəzərdə tutulmuş şərait yaradılıb. 7 fevral prezident seçkilərində də media öz fəaliyyətini sərbəst şəkildə yerinə yetirir. Müqaysə aparsaq, bu dəfə əlavə fərqlər də ortaya çıxıb. Bu seçkilərdə namizədlərin təşviqat kampaniyasında çap və audiovizual media subyektləri ilə yanaşı, onlayn media da iştirak edir. Ödənişli təşviqat üçün 44 media orqanı qeydiyyatdan keçib ki, onlar arasında onlayn media subyektləri də vardır”.