!Reklam

“...infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur”.

2023-cü ilin dekabr ayından Bakı yollarında velosiped zolaqlarının çəkilməsi prosesi intensivləşdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata görə, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

Şair Anar Vəziroğlu televiziya proqramlarının birində Azərbaycan folkloru, ədəbiyyat nümunələri barədə xoşagəlməz fikirlər səsləndirib. “Mənim əlimdə olsa Azərbaycan folklorundan atalar sözlərini və xalq mahnılarını yığışdıraram, hamısı boş sözlərdir”, – söyləyən şair, şifahi xalq ədəbiyyatını da tənqid edib: “Baxırsan mahnıya, deyir qarşıdan iki bacı gəlir. Biri gözümün nuru, bir başımın tacı. Bu nə demək istəyir? Nə ötürür bunlar gələcək nəsilə? Mənim başımda müasirlik yoxdursa, mən bu mahnılarla, deyimlərlə uşağıma nə öyrədə biləcəm?”. A.Vəziroğlu daha sonra “Koroğlu dastanı”nı barədə də subyektiv fikrini bölüşüb: “Mən necə deyim ki, ay camaat gedin Koroğlunu oxuyun? Oxuyanda görəcəklər ki, orada deyir “Dərədə yatmış idim, top atdılar oyanmadım”. Ona tapşırılan kənizləri qoruya bilməyən bir adamdan biz nə öyrənək? Hamısı boş sözlərdir”.

Fevral ayından etibarən məktəbəqədər təhsillə bağlı alternativ modellərin tətbiqinə başlanır. Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib. Şöbə müdiri deyib ki, pilot layihə fevral ayından başlayaraq bir neçə ay davam edəcək. Layihə Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala kimi regionlarda icra olunacaq. Layihədə sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb.