!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlərə ŞAD XƏBƏR – Bağçalarda yer çatışmazlığı aradan qaldırılacaq

!Reklam – Yazi

Fevral ayından etibarən məktəbəqədər təhsillə bağlı alternativ modellərin tətbiqinə başlanır. Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib. Şöbə müdiri deyib ki, pilot layihə fevral ayından başlayaraq bir neçə ay davam edəcək. Layihə Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala kimi regionlarda icra olunacaq. Layihədə sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb.

Qeyd edək ki, valideynlər adətən bağçalara müraciət zamanı yer çatışmazlığını əsas gətirildiyindən şikayət edir. Bəs görəsən tətbiq olunacaq yeni model sözügedən problemi aradan qaldıracaqmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Asif Cahangirov bildirib ki, yeni modelin tətbiqi yer çatışmazlığını aradan qaldıracaq.

“İcma əsaslı bağçalar və ailə bağçaları müəyyən dərəcədə çatışmazlıqları aradan qaldıracaq. Dünyanın inkişaf etmiş ölkələrində 2-6 yaş arası uşaqların 96 faizə qədəri məktəbəqədər təhsilə cəlb olunur. Bizim ölkədə Elm və təhsil nazirinin səsləndirdiyi rəqəm 36 faiz oldu. Bu təxminən 5-6 il bundan əvvəl cəmi 16 faiz idi. Sözsüz ki, böyük bir inkişafdan söhbət gedir. Bağçalarda yerlər kifayət etmir. Mövbcud olan yerlər real tələbatı qarşılaya bilmir. Əlavə olaraq bağçalarda işləyəcək müəllim sayı da yetərli və peşəkar səviyyədə deyil. Müxtəlif növ məktəbəqədər təhsil müəssisələrinin açılması sözsüz ki, bu təhsil pilləsinə xeyli təkan verəcək. Düşünürəm ki, mərhələli formada bağçalarda və digər məktəbəqədər təhsil müəssisələrində yer çatışmazlığı problemi aradan qalxacaq”.

 

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv