!Reklam

Ermənistanın Patrul xidməti Qarabağdan qovulmuş qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın avtomobilini İrəvanda saxlayıb. Şahramanyana qanunla kortejdə getmək hüququ olmadığı barədə xəbərdarlıq edilib.

“Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşa şəxsi həyatı ilə bağlı videogörüntülərinin media və sosial şəbəkə səhifələrindən silinməsi barədə yalan vəd verərək onun 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış və iş baxılması üçün məhkəməyə göndərilib.

Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə bağlıdır. Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib.