Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu 28 dekabr tarixindən 7 yanvar 2024-cü il tarixinədək sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş qrafikinə keçir.
Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Sənədinin təhlili göstərir ki, gələn ildə də manatın məzənnəsi tədiyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.