!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"XİN növbədənkənar prezident seçkisi ilə əlaqədar üç istiqamətdə çalışır" - Nazir

!Reklam – Yazi

“Azərbaycan Xarici İşlər Nazirliyi növbədənkənar prezident seçkisi ilə əlaqədar üzərinə düşən vəzifələri icra edir”.

Yenicag.az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, XİN növbədənkənar seçki ilə əlaqədar 3 istiqamətdə fəaliyyət göstərir.

“Birincisi, Azərbaycan xaricdə yaşayan soydaşlarımızın seçkidə iştirak hüququnun təmini üçün iş aparır. İkincisi, beynəlxalq müşahidəçilərin, ekspertlərin Azərbaycanda seçki prosesini izləməsi üçün danışıqlar aparılır. Bu, Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə həyata keçirilir. Üçüncüsü, beynəlxalq media qurumları Azərbaycandakı seçki prosesini işıqlandırmaq üçün ölkəyə səfər etməyi planlaşdırırlar. Bu istiqamətdə, onların akkreditasiyası üçün işlər aparılır”,-deyə o əlavə edib.

Xatırladaq ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv