Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə I Liqa oyununda stadionun giriş qapısına zərər vurduğu üçün AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Baş nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.