!Reklam

“İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən, müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək”.

Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.