!Reklam

“Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Jozep Borrel - red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.

“Mən Laçına qayıtmış sakinlərlə görüşümdə qeyd etdim ki, bu məsələnin normal həll yolu var və mən o zaman dedim, separatçıların liderləri təslim olsunlar, onlara qarşı amnistiya tətbiq edilə bilər. Təəssüf olsun ki, yenə də mənim sözlərimə düzgün qiymət verilmədi. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, tank üzərində gələcəklər Azərbaycana, Bakıya. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ECE 39:2023 “Quraşdırılması daxil olmaqla spidometr (sürətölçən) və odometr (yürüşölçən) avadanlıqları ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS ECE 28:2023 “Mühərrikli nəqliyyat vasitələrinin səsli xəbərdarlıq cihazları və səs siqnalları ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 104:2023 “M, N və O kateqoriyalı nəqliyyat vasitələrinin işıqqaytarıcı markalanma materialının təsdiqinə dair vahid müddəalar” dövlət standartları qəbul edilib.