Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq”.
Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.
“Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Məsələn, artıq 2024-cü ildə də istehsal ili 2014 və ya əvvəlki illərdə olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılacaq.
Bu, 10 il müddətini əhatə etdiyinə görə növbəti illərdə də qərarın icrası həyata keçiriləcək. Ona görə də biz praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə edəcəyik. Məsələn 2015-ci ildə də istehsal edilən avtomobillərin idxalı 2025-ci ildə məhdudlaşdırılacaq. Gözlənilir ki, avtomobil parkında köhnə avtomobillərin payının azalması müşahidə olunacaq”, - deyə V.Bayramov deyib.
Onun sözlərinə görə, bu, maşın bazarının strukturuna da təsir göstərir.
“Bazarda da ili nisbətən köhnə olan avtomobillərin sayında azalmalar müşahidə olunacaq. Ancaq bütövlükdə biz 2023-cü ilin geridə qalan aylarında avtomobil bazarında qiymət artımlarını müşahidə etdik. Köhnə avtomobillər üzrə qiymət artımlarının davam edəcəyi gözlənilir”, - deyə o əlavə edib.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli Fərmanında dəyişiklik edilib.
İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə bağlı açıqlama verib.
Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb.