Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Oktyabrın 23-dən noyabrın 19-dək dünyada 519 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,4 mindən çox insan ölüb. Ümumilikdə dünyada yoluxma hallarının sayı ötən dörd həftə ilə müqayisədə 13 faiz, ölüm hallarının sayı isə - 72 faiz azalıb. Eyni zamanda, Qərbi-Sakit Okean regionunda yoluxma hallarının sayının 14 faiz artması qeydə alınıb, Afrikada və Şərqi Aralıq Dənizində ölüm hallarının sayı müvafiq olaraq 167 faiz və 12 faiz artıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) ixtisasca psixoloq və sosial işçi üzvlərinin iştirakı ilə növbəti monitorinqlər keçirilib.
“BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramına (SPECA) üzv dövlətlər arasında investisiya əməkdaşlığını stimullaşdırmaq üçün alətlərin yaradılmasına xüsusi diqqət yetirmək lazımdır. Bu baxımdan iqtisadi inkişafı və inteqrasiyanı təşviq etmək üçün BMT-nin himayəsi altında SPECA Etimad Fondunun yaradılması aktuallaşır”.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsi istiqamətində təbliğat və maarifləndirmə işləri davam etdirilir.
Azərbaycan idmançısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.