Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu günlük işini yekunlaşdırıb.
Oktyabrın 31-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
“Telegram” mesenceri “App Store” və “Play Store”dan (telefonda işləyən) mesencer proqramlarında HƏMAS-ın hərbi qanadının kanalını və rəsmi HƏMAS kanalını bloklayıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Avropa standartı əsasında AZS EN 13501-1-2023 “Yanğın təhlükəsinə görə tikinti məmulatları və materiallarının təsnifatı. I hissə. Yanğın təhlükəsi sınaqlarının nəticələrinə görə tikinti məmulatlarının təsnifatı” və AZS EN ISO 11925-2:2023 “Tikinti materialları - yanğına qarşı davamlılıq sınaqları - alova birbaşa məruz qaldıqda alovlanma qabiliyyəti - Fəsil 2: Tək alov mənbəyi ilə sınaq” dövlət standartlarını qəbul edib.
Prezident İlham Əliyevin tapşırığı ilə Bakıda Nizami rayonunda yerləşən və XVII əsrə aid Şah Abbas məscidində əsaslı təmir-bərpa işləri aparılıb, minarə qoyulub, ətraf ərazilər abadlaşdırılıb.