!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevgilisi olan yaşlı qadının evini satdırdı, pulunu oğurladı…

!Reklam – Yazi

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Valeri Qarayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenicag.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, 1986-cı il təvəllüdlü Valeri Qarayev tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 1 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək olan müddət ərzində Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yerləşən evdə sosial şəbəkədə tanış olub xəstəliyinə görə qulluq etdiyi zərərçəkmiş, 1950-ci il təvəllüdlü Larisa Həsənovanın (şərti) 40 000 manat pulunu evin yataq otağındakı dolabdan hissə-hissə oğurlayıb.
Məhkəmədə Valeri Qarayev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Larisa Həsənova ilə 2019-cu ilin sonunda sosial şəbəkədə tanış olub, onunla qadının Yasamaldakı evində ər-arvad kimi yaşamağa başlayıb. Daha sonra o, qadının Bakıdakı evini satıb, Xırdalana köçüblər. Larisa Valeriyə kreditə “Toyota Prius” markalı avtomobil alıb. Sonra təqsirləndirilən şəxs maşının kreditini ödəyə bilməyib. Qadın 2021-ci ilin sentyabr ayında insult keçirib və yataq xəstəsi olaraq yeriyə bilməyib və Valeri də ona baxmağa başlayıb.

Valeri Qarayevin sözlərinə görə, 2022-ci ilin yayında Larisa ilə qərara gəliblər ki, həmin evi satıb bir az ucuz qiymətə ev və bir maşın da alsınlar. Onlar həmin evi 40 000 manata satıblar, qadın da evin pulunu yataq otağında yatdığı çarpayının yanında olan dolabda saxlayıb. Daha sonra Valeri həmin pulları hissə-hissə oğurlayaraq, qumarda uduzub./pravda.az

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv