Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görüldü
Azərbaycanda İKT və yüksək texnologiyalar sahələrində lider şirkətlərdən biri olan Azerconnect üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb. Azerconnect “Gələcək Fəaliyyət” üzrə Qızıl, “Müxtəliflik, Bərabərlik və İnklüzivlik” üzrə Gümüş, “İnsan Resursları” kateqoriyasında isə Bürünc mükafatlarını əldə edib.