Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər verildiyi kimi, sentyabrın 9-u Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub, müəssisənin ərazisində lokal yerdə qamma-şüalanmanın doza gücünün təbii fondan yüksək olduğu öz təsdiqini tapıb və bununla bağlı zəruri ilkin təhlükəsizlik tədbirləri görülüb, o cümlədən əraziyə kənar şəxslərin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Rusiyanın Birinci Kanalının “Qolos. Deti-3” (“Səs. Uşaqlar-3”) televokal şousunun finalçısı Azər Nəsibov yenidən məşhur layihənin səhnəsinə çıxıb. O,“Qolos. Uje ne deti” (“Səs. Artıq uşaq olmayanlar”) layihəsinin “kor dinləmələr”ində iştirak edib.
Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.