!Reklam

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də böyük göstəricilərlə xarakterizə olunan nəticələrin qazanılmasını təmin edib. Aparılan islahatların və tətbiq olunan əsaslı yeniliklərin nəticəsidir ki, hazırda təkcə paytaxt Bakıda deyil, Azərbaycanın regionlardakı ümumi səhiyyə xidmətlərində nəzərəçarpacaq inkişaf dinamikası var. Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də qurumun Avropa Regional Ofisinin müxtəlif xəstəliklər üzrə milli proqramlarının qiymətləndirilməsində Azərbaycan səhiyyəsinin inkişaf dinamikası real göstəricilərlə əksini tapir.