!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı sülhməramlıların komandanı dəyişir? - Artıq yeni namizəd var...

!Reklam – Yazi

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Aleksandr Lentsovun vəzifəsindən uzaqlaşdırılacağı deyilir.

Yenicag.az xəbər verir ki, bu barədə ermənilərə məxsus teleqram kanalları məlumat yayıb.

Onun tezliklə Qarabağı tərk edəcəyi və əvəzinə yeni komandanın göndəriləcəyi bildirilir.

Erməni kanalları sülhməramlıların yeni komandanı kimi general-mayor Kirill Kulakovun gətiriləcəyini iddia edir. Məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.

Sülhməramlı kontingentə komandanları Rusiya Müdafiə Nazirliyi təyin edir. İlk komandan general-leytnant Rüstəm Muradov olub, daha sonra onu general-mayor Mixail Kosobokov əvəz edib. Mixail Kosobokov da uzun müddət komandanlıq edə bilməyib. Onun əvəzinə general-mayor Andrey Volkov gətirilib. İndi isə Volkov da vəzifəsindən kənarlaşdırılıb.

Bu ilin aprel ayında isə Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri olmuş general-polkovnik Aleksandr Lentsov sülhməramlıların komandanı təyin olunub.

Yeni komandan təyin ediləcəyi iddia edilən Kulakov 1969-cu ildə anadan olub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib.

1995-2014-cü illərdə Kazan Ali Hərbi Komandanlıq Məktəbində müəllim işləyib, 2014-2017-ci illərdə Orenburq kazak briqadasının (Çebarkul) Suvorov, Kutuzov və Aleksandr Nevskinin 7-ci Əlahiddə Qvardiya Tankının Qırmızı Bayraq ordenli komandiri olub. 2017-ci ilin martından isə Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiridir.

“Rəşadətli əməyə görə”, “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” ordeni medalları ilə təltif edilib.

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv