Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gün ərazində “qara bazar"da dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.
BP-nin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Tovuz rayonunda icma əsaslı aqroturizmin inkişafına dəstək” layihəsi çərçivəsində Tovuz rayonunda təsərrüfat sahiblərinin maarifləndirilməsi məqsədilə "Aqroturizm və qonaqlama xidmətinin təşkili” mövzusunda təlim keçirilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir işləri üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.