!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukrayna ərazisində daha bir ordu yaradır

!Reklam – Yazi

Rusiyanın Ukraynanın cənubunda işğal etdiyi ərazilərdə yeni qoşun birləşməsi – 18-ci ümumqoşun ordusu yaradır.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu qruplaşma çox güman ki, Krımdakı 22-ci Ordu Korpusu da daxil olmaqla, hazırda Xerson vilayətində fəaliyyət göstərən digər bölmələri özündə birləşdirəcək:

“Yeni ordu əsasən səfərbər edilmiş şəxsi heyətdən ibarət olacaq və əsas diqqəti Ukraynanın cənubundakı müdafiə əməliyyatlarına yönəldəcək. Çox güman ki, Rusiya əsas ərazilərə döyüşmək üçün daha təcrübəli bölmələri buraxmağa çalışır. Bunu Xersonda ağır döyüşlərin getdiyi Orexovski sektoruna hava-desant qoşunlarının yerləşdirilməsi də sübut edir”.

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv