Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bakıda azyaşlıların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Abil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Abunəçiləri üçün istənilən yerdə fasiləsiz ünsiyyəti təmin edən “Nar” yay tətilini xaricdə keçirən müştəriləri üçün sərfəli rouminq paketləri təqdim edir. Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rouminq paketindən yararlanmaq üçün səfərə çıxmazdan əvvəl rouminq paketlərindən birini sifariş etmək kifayətdir. İstədiyiniz ölkəyə uyğun istənilən rouminq paketini “Nar+” tətbiqində Xidmətlər>Paketlər>Rouminq bölməsindən çox rahat şəkildə sifariş edə bilərsiniz.
2019-cu ilin sonlarında Kapital Bank-ın könüllü əməkdaşları tərəfindən təşəbbüs qrupu kimi yaradılan, daha sonra isə fəaliyyətini Fond olaraq davam etdirən Qırmızı Ürəklər ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağa çalışır. Qırmızı Ürəklər Fondu “Tarix yazan qəhrəmanlar”, “Vətən bağı”, “Hər şey mümkündür”, “Onlar bizə əmanətdir”, “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı”, “Batareyaları təhvil ver, təbiəti qoru” və bir sıra digər sosial layihələri keçirməklə yanaşı, şəhid ailələrinə və qazilərə, uşaq evlərinə və sığınacaqlara, aztəminatlı ailələrə dəstək göstərir. Qırmızı Ürəklər Fondunun 2023-cü ilin ilk 6 aylıq fəaliyyəti barədə məlumat almaq üçün Fondun prezidenti Sevda Haqverdiyevadan müsahibə götürdük.
Polşada atlasların birində digər dövlətlərin bayraqları sırasına Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçıların tapındıqları əski parçası da “pərçim edilib”.
Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb.
Avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.