!Reklam

Son illərdə ölkəmizdə yüngül nəqliyyat vasitələrinin (moped, velosiped, skuter) sayı durmadan artır. Xüsusilə bir sıra üstünlüklərinin mövcudluğu onların istifadəsini daha da genişləndirir. İlk olaraq bu nəqliyyat vasitələrinə sürücülük vəsiqəsinin tələb olunmaması, dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi, qayda pozuntusu zamanı cərimələrin tətbiq edilməməsi insanların marağını cəlb edən faktordur. Həmçinin daha qənaətcil olması, ölçü baxımından münasibliyi də buna şərait yaradır.