!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurban Qurbanov Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazandı

!Reklam – Yazi

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb.

Yenicag.az Peşəkar Futbol Liqasının yaydığı məlumata istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubiley qələbəsi Azərbaycan Premyer Liqasının II turuna təsadüf edib.

Onun rəhbərlik etdiyi “Qarabağ” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. 3:0 hesablı qələbə Qurbanov üçün sayca 300-cü olub.

Mütəxəssis bu rəqəmə iki komandada – “Neftçi” və “Qarabağ”da çalışdığı müddətdə çatıb. Bu göstəricidə ölkə çempionatında rekordçu olan Qurbanovun ən yaxın izləyicisi Ağasəlim Mircavadovun hesabında 204 qələbə var.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi çempionatdakı ilk qələbəsi 2006-cı il avqustun 6-da qeydə alınıb. Onun çalışdırdığı “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv