Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə şöbəsində şöbə müdiri, böyük məsləhətçi və aparıcı məsləhətçi (sosial məzuniyyət yeri) vəzifələri, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.
Zaqatalada özünü sayt rəhbəri kimi təqdim edərək hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Vüqar Musayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Son günlər Bakının bir çox marketlərində yerləşən “MilliÖn” aparatları vasitəsilə “BakıKart”lara ödəniş edilməsilə bağlı problem yaşanır. Market işçiləri bildirirlər ki, “MilliÖn” aparatlarından “BakıKart”a ödəniş edilməsi ilə əlaqədar məhdudiyyət qoyulub.
Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
"Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır".
İctimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və daşıma imkanlarının artırılması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirilib.