!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ovsevərlərin NƏZƏRİNƏ: Məcburiyyət aradan qaldırıldı

!Reklam – Yazi

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Ovçuluq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması Qaydası”nın 1.3-cü bəndinə əsasən, dövlət ovçuluq kadastrı “Ovçuluq haqqında” qanunla müəyyən olunmuş respublika və yerli əhəmiyyətli ovçuluq ərazilərinin kateqoriyaları barədə məlumatları özündə cəmləşdirir. Qanunun 10.1-ci maddəsinə görə, dövlət ovçuluq kadastrı ov yerlərinin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur. Qanunun 21.4-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında ovçuluq təsərrüfatları respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Ovçuluq təsərrüfatlarının kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq uyğunsuzluğun aradan qaldırılması məqsədilə Qanunun 10.1-ci maddəsində “ov yerlərinin” sözlərindən sonra “respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının” sözləri əlavə edilməsi təklif olunur.

Qanunun 18.1.2-ci maddəsində ovçular cəmiyyətinə üzv olmaq ovçuların hüququ kimi qeyd olunsa da Qanunun 14.3-cü maddəsində ov etmək üçün icazə verilməsinə görə ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmədiyi göstərilib. Ovçular cəmiyyətinə üzv olmaq ovçunun hüququ olmasına baxmayaraq ov etmək üçün icazənin verilməsinə görə üzvlük biletinin tələb edilməsi qanunun iki norması (18.1.2-ci maddəsi və 14.3-cü maddəsi) arasında uyğunsuzluğun yaranmasına səbəb olub. Qanunun normaları arasında ziddiyyətin aradan qaldırılması məqsədilə Qanunun 14.3-cü maddəsində “və üzvlük bileti” sözlərinin çıxarılması, 19.0.1-ci maddəsi ilə ləğv edilməsi təklif edilib.
Qanunun 19.0-cı maddəsinə görə hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ovçunun ov etmək hüququ dayandırılır. Ovçular cəmiyyətinə üzv olmaq məcburi olmadığına və ovçunun hüququ olduğuna görə qeyd olunan maddənin ləğv edilməsi təklif edilib. Qanunun 19.0.8-ci maddəsinin “heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulan hallarda” redaksiyasında verilməsinin məqsədi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 64-cü maddəsindən irəli gələn tələblərdir.

Layihənin qəbul edilməsi ilə ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili, ov obyektlərinin mühafizəsinin təmin edilməsi, bu sahələrdə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılmasının təmin edilməsi gözlənilir. Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq.

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

COP29

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv