Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may-iyul ayları ərzində rayonun Rəstəcə və Məlikballı kəndləri ərazisində yerləşən 6 fərdi təsərrüfatdan 54 baş xırdabuynuzlu və 4 baş iribuynuzlu heyvan, eləcə də 9 baş at oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 40000 manata yaxın maddi ziyan vuran üç nəfər saxlanılıb.
Yaxınlıqda yeraltı və ya yerüstü dayanacaqlar olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində, eləcə də dayanma və durmanı qadağan edən nişanın təsir zonasında park edirlər.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 fevral tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.