Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Erməni separatçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün nəzərdə tutulan 40 ton un məmulatının qəbuluna əngəl yaratsa, “Azərbaycan bizi mühasirədə saxlayır”, “Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, “acından ölürük” kimi bəhanələri qalmayacaq, sadəcə, bu prosesdə əsas iş diplomatiyamızın üzərinə düşəcək.
Qarabağ separatçılarının “rəhbəri” Araik Arutyunyanın “istefası” məsələsi hələ də bağlanmayıb. Xatırladaq ki, iki həftə əvvəl Arutyunyanın “istefaya” getməsi xəbəri yayılmış və o, Qarabağdakı siyasi sahənin fəal aktorlarını, keçmiş “prezidentlər”i və “parlament qüvvələrinin rəhbərləri”ni şəxsən məlumatlandırmışdı.
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin heyətində yer aldığı Hindistanın “Team MGD1” klubu Almaniyanın Düsseldorf şəhərində keçirilən rapid üzrə komandalararası dünya çempionatında üçüncü yeri tutub.